Pyotr Svidler və Sergey Karyakin finalda

Pyotr Svidler və Sergey Karyakin finalda

Bakıda şahmat üzrə Dünya Kubokunun finalında Rusiya qrossmeytsteri Pyotr Svidlerin rəqibi həmvətəni Sergey Karyakin olacaq. Sergey Karyakin finala çıxmaq uğrunda gərgin mübarizə şəraitində keçən tay-breyk oyununda Ukrayna təmsilçisi Pavel Elyanov üzərində 3,5:2,5 hesabı ilə qələbə qazanıb. O, 2016-cı il mayın 9-dan 28-dək keçiriləcək iddiaçıların turnirində iştirak etmək hüququ da qazanıb.

Sant-Peterburqdan olan şahmatçı P.Svidler reqlamentdə nəzərdə tutulan dörd partiyanın birincisində ağ fiqurlarla oynayacaq. Sentyabrın 30-u yarışda istirahət günü elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə