Dünya Kubokunun iştirakçıları və qonaqlar Bakıya gəlib FOTOLAR

Dünya Kubokunun iştirakçıları və qonaqlar Bakıya gəlib FOTOLAR

Sentyabrın 10-da Bakıda start veriləcək şahmat üzrə Dünya Kubokunun iştirakçıları və qonaqlar Bakıya gəlir. "Dünya Kuboku-2015"in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq iştirakçı şahmatçılar və onların məşqçiləri ölkəmizədirlər. Bu gün FİDE prezidenti Kirsan İlyumjinov da paytaxtımıza gələcək.

Qeyd edək ki, bu gün saat 17:45-də "Fairmont" oteldə 45 ölkədən 128 şahmatçının iştirak etdiyi Dünya Kubokuna həsr olunan mətbuat konfransı keçiriləcək. Yarışın təntənəli açılış mərasimi sabah saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində olacaq. İlk turun oyunları sentyabrın 11-də saat 15:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə