Bu gün Azərbaycan və Xorvatiya milliləri qarşılaşacaq

Bu gün Azərbaycan və Xorvatiya milliləri qarşılaşacaq

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün saat 21:00-da, "Bakcell Arena"da Azərbaycan və Xorvatiya milli komandaları qarşılaşacaq. SİA-nın məlumatına görə, qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:

Baş hakim: Ruddy Buquet

Baş hakimin köməkçiləri: Guillaume Debart, Cyril Gringore,

Dördüncü hakim: Philippe Jeanne

Əlavə köməkçi hakimlər: Fredy Fautrel, Amaury Delerue

(Hakimlər briqadası Fransadandır)

UEFA nümayəndəsi: Jan-Fransis Kruk (Belçika)

Hakim-inspektor: Vitor Melo Pereyra (Portuqaliya)

Bütün xəbərlər Facebook səhifəmizdə