"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibilərindən olan Yunanıstanın PAOK klubu yeni futbolçu alıb. SİA-nın məlumatına görə, klub təcrübəli bolqarıstanlı hücumçu Dimitar Berbatovu heyətinə cəlb edib. 34 yaşlı futbolçu son klubu "Monako"da 53 oyuna çıxıb və 18 qol vurub. O, karyerası ərzində ümulikdə 630 matçda 270 qolun müəllifidir. Futbolçu "Monako"dan başqa, "Bayer Leverkuzen", "Tottenhem", "Mançester Yunayted" və "Fulhem"də forma geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB