Namiq Əliyev: "Asan olmayacaq, amma güləşçilərimizə inanırıq" AÇIQLAMA
"Komandaların hazırlıq prosesindən razıyam. Bildiyiniz kimi, dünya çempionatı Rio Olimpiadasına ilk lisenziya yarışıdır. Gələn il daha bir neçə lisenziya turniri olacaq. Amma məhz dünya çempionatında bacardığımız qədər çox lisenziya qazanmaq istəyirik. Belə, Olimpiya Oyunlarına daha rahat hazırlaşa bilərik". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev jurnalistlərə açıqlmasında deyib.
O, ABŞ-da keçiriləcək dünya çempionatında çıxış etməyin asan olmayacağını bildirib: "Asan olmayacaq, amma güləşçilərimizə inanırıq. Heyətimiz kifayət qədər təcrübəli idmançılardan ibarətdir. 90 faiz güləşçimiz dünya, Avropa çempionu və yarışların mükafatçılarıdır. Hər biri artıq xalçada öz sözünü deyib. Rövşən Bayramova gəlincə, o, indi optimal formadadır.
Əsas məqamlardan olan uyğunlaşma prosesini də nəzərə almışıq. Buna görə də ABŞ-a avqustun 31-də yola düşəcəyik. İlk olaraq, mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaqlar. Fikrimcə, adaptasiya ilə bağlı problem olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB