"Qarabağ" - "Yanq Boyz" oyunun biletləri satışda QİYMƏTLƏR - FOTO

"Qarabağ" - "Yanq Boyz" oyunun biletləri satışda QİYMƏTLƏR - FOTO

Avropa Liqasının play-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə) qarşılaşmasının biletləri satışa çıxarılıb. SİA-nın məlumatına görə, avqustun 27-si Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da baş tutacaq oyunun biletlərini bu gün səhər saat 10:00-dan etibarən stadionunun kassalarından almaq mümkündür. Biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 azn arasında dəyişir.

Qarşılaşmaya olan böyük maraq səbəbindən işbazların qeyri-leqal fəaliyyətinin qarşısını almaq üçün "Qarabağ" FK vətəndaşlardan sadəcə yeganə satış məntəqəsindən - Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından holoqramlı bilet almalarını xahiş edir. Kassadan bilet almaqla həm qənaət edib, həm də qeyri-qanuni alverin qarşısını almaqla vətəndaş mövqeyini sərgiləmiş olacaqsınız..

Bütün xəbərlər Facebook səhifəmizdə