“Real Madrid”in avtobusu daşa basılıb

“Real Madrid”in avtobusu daşa basılıb

İspaniyanın "Real Madrid" klubunun avtobusu daşa basılıb. SİA-nın məlumatına görə, bu, "Sportinq" (Xixon) - "Real Madrid" matçından öncə yaşanan insident zamanı baş verib. Bir qrup "Sportinq" azərkeşi "kral klubu"nun avtobusuna hücum edib. Bundan başqa, avtobusun arxa hissəsinə "Barselona" klubuna aid şəkillər yapışdırılıb.

Xatırladaq ki, "Sportinq" (Xixon) - "Real Madrid" matçı qolsuz bərabərliklə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə