Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 1999-2001-ci və 2002-2004-cü il təvəllüdlü oğlanlar arasında stritbol üzrə turnir keçirilib. BŞGİBİ-dən bildiriblər ki, oyunlar Səbail rayonundakı 91 nömrəli tam orta məktəbin idman meydançasında keçirilib.
Yarışda hər yaş qrupu üzrə 12 komandanın tərkibində 72 nəfər iştirak edib. 1999-2001-ci il təvəllüdlülər arasında yarışda birinci yeri Bayıl, ikinci Səbail, üçüncü yeri isə "Qalib" komandaları tutublar. 2002-2004-cü il təvəllüdlü oğlanlar arasında yarışda isə ilk üç yerdə "Sahil", "Bakı" və "Xudafərin" komandaları qərarlaşıblar.
Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB