"Fənərbaxça" futbolçusuna atəş açıldı

"Fənərbaxça" futbolçusuna atəş açıldı

Türkiyənin "Fənərbaxça" futbol klubunun üzvü Mehmed Topalın avtomobilinə silahlı hücum zamanı atəş açılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, futbolçunun avtomobili mərmi keçirməyən örtüyə sahib olduğundan o, xəsarət almayıb. Futbolçunun avtomobilinə atəş açan şəxs isə hələ ki, tapılmayıb.

Klubdan verilən məlumatda bildirilib ki, bu hadisə terror aktıdır və daha öncə də komandanın oyunçularının başına belə hallar tez-tez gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə