Fransalı idmançı: "Bakı-2015"in açılış mərasimi məni çox təsirləndirdi" AÇIQLAMA

Fransalı idmançı: "Bakı-2015"in açılış mərasimi məni çox təsirləndirdi" AÇIQLAMA

"Məğlub olduğuma görə məyus olmuşam. Ancaq mən hələ gəncəm. Çalışacağam ki, qarşıdan gələn yarışlarda daha yaxşı çıxış edim. Rio Olimpiadasına vəsiqə qazanmaq istəyirəm". Bu fikirləri SİA-ya açıqlmasında I Avropa Oyunlarının boks yarışlarının 1/8 finalında italiyalı idmançıya məğlub olan Fransa təmsilçisi Samuel Kistohurri (56 kq) deyib.

O, ölkəmizdə olduğuna görə sevindiyini qeyd edib: "Azərbaycanda olmaqdan məmnunam. İlk Avropa Oyunlarında idmançılar üçün yüksək şərait yaradılıb və bütün detallar düşünülüb. "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimi məni çox təsirləndirdi. Möhtəşəm proqram hazırlanmışdı. Bakıda gəzməyə çıxmağı düşünürəm. Bu şəhər çox gözəldir. Azərbaycan mətbəxi də xoşuma gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə