"Dünən 4 idman növü üzrə yarış keçirilib ki, bu Avropa Oyunlarının tərkib hissəsi deyildi. Artıq avarçəkmə yarışları 10 medalla Mingeçevirdə başa çatıb". SİA-nın məlumatına görə, bu sözləri Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq bu gün Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, yarışlarda iştirak edən azarkeşlərin sayı gözlənilənlərin üstündədir: "Yerlərin 75 faizi tutulur. Artıq suya tullanma üzrə yarışın hazırlıqlarına başlanıb. Ötən gün Oyunlarda 23 mindən çox azarkeş iştirak edib. Artıq 75 faiz yerlərin tutulduğu müşahidə olunur. Hazırda 5115 idmançı atletlər kəndində yaşayır. Bu gün ölkəni tərk edən idmançıların sayı, gələnlərin sayını 3 dəfə üstələyir. Yarışlarda 30 minə yaxın tamaşaçının iştirakı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB