Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirilib

Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirilib

Bu gün Bakı-2015 Avropa Oyunları Әməliyyat Komitəsi mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, mətbuat konfransında Avropa Oyunları Әməliyyat Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Kolin Gibson və ölkəmizə karatedə ilk medal qazandıran idmançımız Firdovsi Fərzəliyev iştirak edib.

Çıxış edən Әməliyyatlar üzrə baş direktor Saymon Kleq qeyd edib ki, artıq Avropa Oyunlarının 4-cü gününə start verilib. 39 birincilik əldə edilib. Bağlanış mərasimi üçün satılan biletlər qurtarıb. Avropa Oyunları çərçivəsində bu gün 11 idman növü üzrə yarışlar keçiriləcək. Bunlardan bəziləri Mingeçevirdə baş tutacaq.

Ölkəmizə karatedə ilk qızıl medal qazandıran idmançımız Firdovsi Fərzəliyev isə çıxışı zamanı bildirib ki, karate qeyri – Olimpiya oyunu olmasına baxamayaraq, Avropa Oyunları siyahısına daxil edildiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Doğma meydanda, doğma azarkeşlərin qarşısında çıxış etmək qürurvericidir.

Mətbuat konfransının sonunda idmançımız Firdovsi Fərzəliyev və Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri jurnalistlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə