Bu gün I Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında Avropa Oyunları Әməliyyatlar Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Avropa Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü Spiros Kapralos, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Kolin Gibson iştirak edib.
Tədbirdə çıxış edən Saymon Kleq qeyd edib ki, hər keçən gün Avropa Oyunlarına qatılan iştirakçıların sayı artır. Təkcə dünən bağlanış üçün 15 min bilet satılıb. İdman yarışlarının keçirildiyi yerlərin artıq 75 faizi tutulub. Sadəcə dünən iştirakçılar üçün 23 min bilet satılıb. Bu gündən etibarən bəzi idman növləri üçün yerlərin hazırlıq işlərinə start verilib.
Kolin Gibson Avropa Oyunları ilə bağlı aparılan işlərdən danışıb. O qeyd edib ki, bu artıq 2 idman növündə yarışlara yekun vurulub. Bu gün isə 7 məkanda idman yarışları keçiriləcək. Yarışlarda 30 mindən artıq azarkeşin qatılacağını gözləyirik.
Spiros Kapralos Azərbaycanın idman sahəsinə gösətrdiyi dəstəkdən danışıb. O qeyd edib ki, Azərbaycan Avropa Oyunları ilə idman sahəsinə investisiya qoyduğunu sübut etdi. Növbəti illərdə ölkədə İslam Olimpiadasının, Formula – 1 və şahmat yarışlarının keçirilməsi idmana verilən əhəmiyyətin göstəricisidir. Bu yarışlarla Azərbaycan idman yarışlarının keçirilməsində sadiqlik nümayiş etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB