Bu gün Bilgəh çimərliyində Bakı-2015 birinci Avropa Oyunlarında kişilər arasında triatlon yarışı keçirilib. SİA-nın məlumatına görə, 58 idmançının mübarizə apardığı yarışda Azərbaycanı Rostislav Pevtsov və Aleksandr Yatçenko təmsil edirlər.
Təmsilçimiz Rostislav Pevtsov yekun yarış üzrə üçüncü yeri tutub. O, yalnız britaniyalı Qordon Benson və portuqaliyalı idmançı Joao Silvadan geridə qalıb. Beləliklə, Azərbaycan Avropa Oyunlarında daha bir medal qazanıb.
Qeyd edək ki, yığmamızın hesabında 8 medal var - 3 qızıl, 1 gümüş, 4 bürünc.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB