İsrailli jurnalist: "Bakıda jurnalistlərə dəstək göstərilir" AÇIQLAMA
"Bakı-2015" ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin fəaliyyəti yüksək səviyyədədir. Belə irimiqyaslı tədbirin təşkili böyük məsuliyyət tələb edən prosesdir və Təşkilat Komitəsi bu prosesi çox yaxşı həyata keçirir". Bu fikirləri SİA-ya açıqlamasında Vaterpol Arenada "Bakı-2015"in yarışlarını işıqlandıran israilli mətbuat attaşesi Brurya Biqmen deyib.
O, tədbirlərin keçiriləcəyi bütün arenalara getdiyini və yaradılan şəraitin yüksək olduğunu qeyd edib: "Bakıda möhtəşəm idman arenaları var. Onların hamısını gəzmişəm. Şəhərinizdə olan idman obyektlərində yüksək şərait yaradılıb".
Jurnalist Bakı haqda da danışıb: "Paytaxtınız çox gözəl şəhərdir. İnsanları da çox yaxşıdır və qonaqpərvərdirlər. Sakinlər hər bir işdə qonaqlara kömək etməyə çalışırlar. Burada jurnalistlər üçün də çox yüksək şərait yaradılıb. Bakıda jurnalistlərə istənilən məsələ ilə bağlı məlumat verilir və dəstək göstərilir".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB