Almaniya Bakıya 67 üzgüçü ilə gəlir

Almaniya Bakıya 67 üzgüçü ilə gəlir

Birinci Avropa Oyunları yaxınlaşdıqca mötəbər turnirə qatılacaq atletlərin sayı da dəqiqləşir. Almaniya Üzgüçülük Federasiyası bu mötəbər idman yarışına - geniş heyətlə - 67 atletlə qatılmağı qərara alıb. Üzgüçülər ölkəmizə gələcək 300 almaniyalı atlet arasında çoxluq təşkil edirlər.

Almaniya Üzgüçülük Federasiyasının rəsmi saytı xəbər verir ki, "Bakı-2015"də kişi və qadın idmançılar üzgüçülüyün 4 növü üzrə mübarizə aparacaqlar.

İlk Avropa Oyunlarının üzgüçülük yarışları Olimpiya Oyunlarına lisenziya qazandıracağından Bakıdan mükafatla qayıdacaq üzgüçülər 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya birbaşa vəsiqə əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə