Bu gün "Bakı 2015" I Avropa Oyunlarına hazırlıq çərçivəsində basketbol üzrə 6 ölkənin iştirak etdiyi yoldaşlıq görüşünün qaliblərinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, dünən başa çatan basketbol üzrə yoldaşlıq görüşünün qalibi Serbiya komandası olub. Xatırladaq ki, başqa oyunlardan fərqli olaraq hər komanda 3 nəfərdən ibarət olub. Atletlər kəndində baş tutan təqdimetmə mərasimində media nümayəndələri də iştirak edir. Serbiya komandası ilə Azərbaycan media iştirakçıları arasında yoldaşlıq oyunu keçirilib. Yoldaşlıq oyunundan sonra jurnalistlərə verdiyi açıqlama verən Serbiya komandası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycana öz təşəkkürlərini bildiriblər: "Biz Azərbaycana yoldaşlıq oyunu üçün gəlməmişdən öncə belə hazırlıqla qarşılaşacağımız ümid etmirdik. Burdakı şərait bizi həqiqətən heyran edib. Hələlik burda neçə gün qalacağımızla bağlı rəsmi məlumat verilməyib".










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB