"Shamkir Chess 2015"in promo videoçarxı yayımlanıb

"Shamkir Chess 2015"in promo videoçarxı yayımlanıb

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" beynəlxalq şahmat turnirinin promo videoçarxı yayımlanıb. SİA videoçarxı təqdim edir:



Qeyd edək ki, "Synergy Group" ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik, eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maykl Adams, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.

Yarışın açılış mərasimi aprelin 16-da Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə