Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Bakı 2015 I Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək. Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir. Bu barədə SİA-ya Gənclər və idman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Moskvanın "Redisson Royal, Moskva" mehmanxanasının konqres-parkında baş tutacaq tədbirdə 450-dən çox qonağın iştirakı gözlənilir.
Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda, ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə də tanış ola biləcəklər.
Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB