BAOƏK-də medianın fəaliyyəti ilə bağlı görüş keçirilib FOTOLAR

BAOƏK-də medianın fəaliyyəti ilə bağlı görüş keçirilib FOTOLAR

Bakı 2015 Avropa Oyunları Əmiyyat Komitəsində (BAOƏK) iyunda bu mötəbər yarışın media və informasiya sahəsində görüləcək işlərlə bağlı görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə BAOƏK-in Mətbuat məlumatları meneceri Mari İrvin, Mətbuat əməliyyatları rəhbəri Loreyn Rolston, Yarış zalının mətbuat əməliyyatları meneceri Dusan Zivkoviç, Mətbuat əməliyyatları mütəxəssisi Pirim Pirimov, həmçinin Azərbaycan Milli Karate Federasiyasının İnformasiya və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov iştirak edib.

BAOƏK-in nümayəndələri I Avropa Oyunlarının ilk günlərində keçiriləcək karate yarışlarında informasiyanın ötürülməsi, idman jurnalistləri və mətbuat xidməti nümayəndələrinin fəaliyyət hüquqları, eləcə də onların sərbəst çalışmaları üçün yaradılacaq yüksək səviyyəli şəraitlə bağlı ətraflı məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə