"Qarabağ" "İnter"lə sülh bağladı

"Qarabağ" "İnter"lə sülh bağladı

Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulub. Son oyun günündə "Qarabağ" və "İnter" üz-üzə gəlib. Çempionluq uğrunda mübarizə aparan komandaların dueli maraqla gözlənilirdi. Lider "Qarabağ" turnir cədvəlində ən yaxın izləyicisi olan "İnter"i məğlub edəcəyi təqdirdə xal fərqini 12-yə yüksəldəcəkdi.

"Bakcell Arena"da keçirilən oyunda qalib müəyyənləşməyib - 0:0.

2 aprel

Azərbaycan Premyer Liqası, 27-ci tur

18:00. "Qarabağ" – "İnter" - 0:0

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Nahid Əliyev

"Bakcell Arena"

1 aprel

"Xəzər Lənkəran" – "Sumqayıt" - 3:2

Qollar: Slavik Alxasov, 10 (0:1), Rasim Ramaldanov, 30 (1:1), Ruslan Poladov-avtoqol,63 (2:1), Aleksandr Çertoqanov, 69 (2:2), Adrian Skarlatake, 87 (3:2)

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Akif Əmirəli, Etibar Həsənov

"Xəzər Lənkəran" mərkəzi stadionu

"Neftçi" – "Bakı" - 2:0

Qol:Nikolas Kanales, 42 (1:0), Julius Vobay, 65 (2:0)

Hakimlər: Xəlil Xəlilov, Mehman Mahmudov, Yaşar Abbasov, Coşqun Həsənov

"Bakcell Arena"

"Simurq" – AZAL - 1:0

Qol: Draqan Çeran, 37-pen (1:0)

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Ramil Diniyev

Zaqatala şəhər stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə