Gənc güləşçilər Olimpiya çempionunun xatirə turnirində yarışacaq

Gənc güləşçilər Olimpiya çempionunun xatirə turnirində yarışacaq

Martın 7-8-də Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 3 üzvü qüvvəsini sınayacaq. Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında turnirə yola düşən heyətdə Əfqan Xaşalov (55 kq), Pənah İlyaslı (66 kq) və Turxan Qurbanov (96 kq) yer alıb.
Yarışın proqramına əsasən, martın 7-də 50, 60, 74 və 96 kq, martın 8-də isə 55, 66, 84 və 120 kq çəki dərəcəsində güləşçilər mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə