Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində daha bir yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, komandamız Qananln U-21 yığması ilə qarşılaşıb. Millimiz Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar meydana qara sarğı ilə çıxıb. Oyundan öncə Xocalı faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Matçı ukraynalı hakimlər briqadası idarə edib.
Qarşılaşmanın 33-cü dəqiqəsində Azad Kərimov hesabı açıb. İki dəqiqə sonra isə rəqib penalti qazanıb və dəqiq yerinə yetirərək hesabda tarazlıq yaradıb. Matçın 66-cı dəqiqəsində Qana yığmasının futbolçusu oyunun taleyini həll edən qolu vurub. Bundan sonra komandanız bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsa da, şanslardan yararlana bilməyib. Oyun 1:2 hesabı ilə Qana yığmasının xeyrinə başa çatıb.
Qeyd edək ki, qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədov və milli komandamızın baş məşqçisi Robert Prosineçki də izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB