Klubun yeni sahibi italyan iş adamı Campiero Manenti olub
İtaliyanın köklü klublarından hesab olunan "Parma" 1 avroya satılıb. Klubun yeni sahibi italyan iş adamı Campiero Manenti olub. Manenti "Parma"nı 1 avro kimi simvolik məbləğə alsa da, klubun bütün borclarını ödəyəcəyini öhdəsinə götürüb.
Maliyyə sıxıntıları səbəbindən Antonio Kassano ilə yollarını ayıran klubun A Seriyasında da işləri qaydasında getmir. Hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Parma" cəmi 9 xal toplaya bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB