Yığmamız 7-ci qrupda mübarizə aparacaq

Yığmamız 7-ci qrupda mübarizə aparacaq

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupuna aid Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda 7-ci qrupda Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adaları komandaları ilə mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə