“Qəbələ”nin boksçuları Azərbaycan birinciliyində 2 medal qazandılar

“Qəbələ”nin boksçuları Azərbaycan birinciliyində 2 medal qazandılar

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. SİA-nın məlumatına görə, Şağan Olimpiya Kompleksində keçirilən yarışda "Qəbələ" İdman Klubunun təmsilçiləri də çıxış edib. Yeddi gün davam edən birincilikdə "Qəbələ"nin 8 boksçusu mübarizə aparıb.

Yarışda klubun iki boksçusu fəxri kürsüyə yüksələ bilib. 44 kq çəki dərəcəsində Fərid Səfərli keçirdiyi bütün qarşılaşmalarda qalib gəlib. Bununla da o, birinciliyin qızıl medalına sahib çıxıb.

81+ kq çəki dərəcəsində çıxış edən Ramiz Nadirov isə yarımfinaladək irəliləyib. Finalın bir addımlığında məğlub olan boksçu birinciliyi bürünc medalla başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə