Yanvarın 11-dən 17-dək Türkiyənin Şanlıurfa vilayətində boks üzrə qadınlar arasında Türkiyə açıq çempionatı keçiriləcək. Türkiyə KİV-i xəbər verir ki, çempionatdan əvvəl Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Gözgeç mətbuat konfransı keçirib. Bildirib ki, gənclər və böyüklər kateqoriyası üzrə təşkil olunacaq Türkiyə çempionatı 2015-ci ildə Tayvanda keçiriləcək boks üzrə dünya çempionatına və Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarına qatılacaq qardaş ölkənin idmançıları üçün seçmə xarakteri daşıyacaq.
Çempionata təxminən 800 idmançının qatılacağı gözlənilir.
Yarışlar beş min nəfərlik "GAP Arena stadionu"nda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB