Kaxaber Tsxadadze “İnter”lə yanaşı, Gürcüstan millisini də çalışdıracaq
Bakının "İnter" komandasının baş məşqçisi Kaxaber Tsxadadze, həm də Gürcüstan milli komandasının baş məşqçisi təyin olunub. SİA-nın məlumatına görə, bu barədə "İnter" Peşəkar İdman Klubunun rəsmi saytı da məlumat yayıb. Məlumatda qeyd olunur: "İnter" Peşəkar İdman Klubunun rəhbərliyi bildirir ki, "İnter" komandasının baş məşqçisi Kaxaber Tsxadadze qarşılıqlı razılıq əsasında növbəti ilin iyun ayınadək "İnter" komandasını çalışdırmaqla yanaşı, Gürcüstan milli komandasını da meydana çıxaracaq.
"İnter" PİK-in rəhbərliyi mütəxəssisə Gürcüstan milli komandasındakı fəaliyyətində müvəffəqiyyətlər arzulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB