"Qəbələ" Dmitriy Kramarenko ilə yollarını ayırdı

"Qəbələ" Dmitriy Kramarenko ilə yollarını ayırdı

"Qəbələ" əsas komandanın qapıçılar üzrə məşqçisi Dmitriy Kramarenko ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, "Qəbələ" İdman Klubu mütəxəssisə komandadakı fəaliyyətinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.

Xatırladaq ki, Dmitriy Kramarenko 2013-2014 mövsümünün startından "Qəbələ"də çalışırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə