Bu gün 18-ci tura yekun vurulacaq

Bu gün 18-ci tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq. SİA-ın məlumatına görə, bununla da, komandalar qış fasiləsinə yollanacaq. Günün mərkəzi qarşılaşması Qəbələdə keçiriləcək. Burada, "Qəbələ" komandasının qonağı turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "İnter" klubu olacaq. Görüş saat 15:00-da başlayacaq. Bu oyunla eyni vaxtda başlayacaq digər oyun isə Lənkəranda baş tutacaq. Cənub təmsilçisinin qonağı AZAL klubu olacaq.

Saat 15:30-da isə Qarabağ" mərkəzi arenada "Sumqayıt"- ı qəbul edəcək. Bu görüş də, maraqla gözləninlir. Qeyd edək ki, ilk dövrədə bu iki komanda arasında keçirilən qarşılaşmada "köhlən atlar" 0:3 hesabı ilə qələbə qazansa da, məlum səbəblərə görə "Qarabağ" - a texniki məğlubiyyət verilmişdir. Günün, turun, eləcə də, ikinci dövrənin son görüşündə isə "Simurq" və "Bakı" komandaları qarşılaşacaq. Bu görüş saat 17:00 – da başlayacaq. "Neftçi" isə bu tur istirahət edəcək.

21 dekabr (bazar)

15:00. "Qəbələ" – "İnter"

15:00. "Xəzər Lənkəran" – AZAL

15:30. "Qarabağ" – "Sumqayıt"

17:00. "Simurq" – "Bakı"

Bütün xəbərlər Facebook səhifəmizdə