Azərbaycan idmançıları Avropa kubokunda birinci yeri tutublar

Azərbaycan idmançıları Avropa kubokunda birinci yeri tutublar

İdmanın kosiki karate-do növü üzrə Azərbaycan yığma komandası Litvanın Panevesuz şəhərində keçirilən açıq Avropa kubokunda birinci yeri tutub. Azərbaycan Kosiki Karate-do Federasiyasının prezidenti, Əməkdar Məşqçi Talıb Berziqiyarov azərtac-a bildirib ki, yarışda 18 ölkədən eyni sayda komanda iştirak edib.

Turnirdə kişilərdən ibarət komandamız (Nazim Mövsümzadə, Renat Kuper, Asiman Namazov) bunkay-kumite yarışında birinci yerə layiq görülüb.

Şəxsi hesabda kata üzrə mübarizədə Nazim Mövsümzadə (73,5 kq) birinci, Asiman Namazov (73,5 kq, 16-17 yaşlılar arasında) üçüncü olublar. Kumite üzrə yarışda isə İlyas Əliyev (+82 kq) və Renat Kuper (63,5 kq) birinci, Asiman Namazov ikinci, Nazim Mövsümzadə isə üçüncü yeri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə