"On gündür ki, Azərbaycandayam. Buradakı şərait və gördüklərim çox gözəldir". SİA-nın məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Robert Prosineçki deyib. O, ailəsi ilə birlikdə Bakıya köçəcəklərini bildirib: "Mən Bakıda yaşayacağam. Ailəm də bura köçəcək və qızım burada təhsil alacaq".
Mütəxəssis AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya - Azərbaycan matçını canlı izlədiyini və Azərbaycan futbolu ilə daha yaxından tanış olmağa çalışdığını qeyd edib: "On gündür çempionat oyunlarına da baxıram. Klubların qış toplanışına da gedəcəyəm. Bəyəndiyim futbolçular var. Onların adlarını açıqlamaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, istedadlı oyunçu az deyil. İlk növbədə, "Neftçi" və "Qarabağ" klublarında elə oyunçular var ki, onlar milliyə kömək edə bilərlər".
O, milli komandanın hücum futbolu öyrənməli olduğunu deyib: "Azərbaycan millisi müdafiədə oynamağa vərdiş edib. İndi biz hücum etməyi öyrənməliyik. Əlimdən gələni edəcəyəm ki, Azərbaycan futbolu inkişaf etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB