Bu gün Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində Lənkəranın "Xəzər Lənkəran" klubu Bakının "Neftçi" komandasını qəbul edib. SİA-nın məlumatına görə, oyun "Dalğa Arena"da keçirilib. Qarşılaşmanın baş hakimi Elvin Əsgərov olub.
Matçın ilk dəqiqələri qarşılıqlı hücumlarla keçib. Oyunun 5-ci dəqiqəsində cənub təmsilçisinin futbolçusu Qalin İvanov hesabı açıb. Beş dəqiqə sonra Ruslan Qurbanov fərqlənərək hesabı bərabərləşdirib. Bu qoldan sonra "Xəzər Lənkəran" təzyiqləri daha da artırıb. Matçın 15-ci dəqiqəsində "Neftçi"nin qapıçısı Emil Balayev qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan sonra birinci hissə "Xəzər Lənkəran"ın üstünlüyü ilə keçib. Bunun məntiqi nəticəsi olaraq, görüşün 35-ci dəqiqəsində Əfran İsmayılov "Xəzər Lənkəran"ın 2-ci qoluna imza atıb. Qarşılaşmanın 45-ci dəqiqəsində hakim "Xəzər Lənkəran"ın futbolçusu Sadio Tounkaraya qırmızı vərəqə göstərib.
Qeyd edək ki, ilk hissənin sonlarına yaxın futbolçular arasında bir neçə dəfə mübahisə və dava düşüb.
Matçın ikinci hissəsi də sakit keçməyib. 49-cu dəqiqədə "Neftçi"nin daha bir futbolçusu - Elnur Allahverdiyev ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alıb. Qarşılaşmanın davamında hər iki komanda sərt oyuna üstünlük verib. 74-cü dəqiqədə rəqib futbolçunu vurduğuna görə Əfran İsmayılov da qırmızı vərəqə ilə cəzalandırılıb. Oyunun sonuna yaxın "Neftçi" təzyiqi artırıb. Matçda son nöqtəni 90+3-cü dəqiqədə Mirhüseyn Seyidov qoyub -2:2.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB