Final mərhələsi 2016-cı ilin may ayında Belarusda təşkil olunacaq 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunan püşkatmada yığmamızın rəqibləri məlum olub. Yığmamız VI qrupda Belçika, Çexiya, Gürcüstan komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2015-ci ilin avqust ayının 1-dən oktyabrın 31-dək keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB