Noyabr 20-dən 22-dək Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən "Sərhədçi Atçılıq Mərkəzi"nin qapalı manejində atçılığın konkur növü üzrə "Xəzər Kuboku" adlı CSI1*-W kateqoriyalı beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançılarının iştirakı gözlənilir. Yarışlarda ümumilikdə 25-ə yaxın idmançı və 50-ə yaxın at iştirak edəcək. Turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Yarışın ümumi mükafat fondu 9500 AZN təşkil edir. Yarışlar hər gün saat 12:00 da başlayır. Tamaşaçılar üçün giriş pulsuzdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB