Mahmud Qurbanov: "Komandamdan razı qaldım"

Mahmud Qurbanov: "Komandamdan razı qaldım"
Avro-2016-nın seçmə mərhələsində Azərbaycan və Norveç milliləri arasında keçirilmiş oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib. SİA mütəxəssislərin fikirlərini nəzərinizə çatdırır:

Mahmud Qurbanov: "Oyundan və futbolçuların mübarizəsindən razı qaldım. Norveç yığması müdafiədə səhvsiz oynadı. Çox qapalı mübarizə apardılar. Düzdür, nəticə yaxşı olmadı. Bir xal qazanmaq istəyirdik. Lakin rəqibin arxa xətdəki oyunu buna imkan vermədi. Bir sözlə, komandamdan razı qaldım. Oyunçular istəkli idilər. Müdafiədə və yarımmüdafiədə dəyişikliklər oldu. Qol vurmaq istəyən komanda hücumda da dəyişiklik etməlidir".

Per-Mathias Hogmo: "Komandamla qürur duyuram. Taktiki cəhətdən yaxşı oynadıq. Biz motivasiyası böyük olan komandaya qarşı mübarizə apardıq. Çünki yeni baş məşqçinin gəlməsi rəqibin motivasiyasında rol oynadı. Çalışdıq ki, sadə oynayıb, çox problem yaşamayaq. Sevinirik ki, Azərbaycan millisini Bakıda məğlub edə bildik. 3 qələbə qazanmışıq. Bu, bizə Fransaya getmək üçün şərait yaradır".

Xatırladaq ki, oyun 0:1 hesabı ilə Norveç millisinin qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня