Bazar ertəsi "Xəzər Lənkəran"ın U-17 komandası doğma meydanda "İnter"i qəbul edib. SİA-nın məlumatına görə, komanda hesabda geri düşsə də, Yusif Həsənov və Tariel Mirzəyevin qolları ilə 2:1 hesablı qələbə qazanıb. Oyunun icmalını təqdim edirik:
Növbəti gün U-15 liqası çərçivəsində "Qəbələ" Lənkərana səfər edib. Oyun 1:1 hesabı ilə nəticələnib. "Xəzər Lənkəran"ın qolunu baxımlı kombinasiyanın ardından Elməddin Əsədullayev vurub. Bu qola və oyunun digər epizodlarına "Xəzər Lənkəran" TV-nin təqdim etdiyi daha bir icmalda baxa bilərsiniz:
Cənub təmsilçisinin U-16 komandası bu həftə oyun keçirməyib. "Xəzər Lənkəran"ın U-19 komandası isə səfərdə "Bakı"ya 3:1 hesabı ilə yenilib.
Sonda qeyd edək ki, noyabrın 14-dən 28-ə qədər Xorvatiyada 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Millinin daimi üzvləri İbrahim Qədirzadə və Yusif Həsənovla yanaşı, toplanışa "Xəzər Lənkəran"ın daha bir yetirməsi Kənan Səfərov da qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB