Güləş üzrə Bakı şəhər çempionatı keçiriləcək

Güləş üzrə Bakı şəhər çempionatı keçiriləcək

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 15-16 noyabr 2014-cü il tarixində, saat 10:00-da Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, idmançılar sərbəst güləş üzrə 57, 61, 65, 70, 74, 86, 97, 125 kq, yunan-roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98 kq çəki dərəcələrində yarışacaqlar

Tədbirin keçirilməsində məqsəd respublika turnirinə namizədlər seçmək, Bakı şəhərində sərbəst və yunan-Roma güləşi idman növünün inkişafına və kütləviliyinə nail olmaq, ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədləri müəyyənləşdirməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə