"Sumqayıt" FK hazırlığa başladı

"Sumqayıt" FK hazırlığa başladı

Topaz Premyer Liqasının son turunda "İnter"lə heç-heçə edən (0:0) "Sumqayıt" futbol klubu 4 günlük istirahəti başa vurub. SİA-nın məlumatına görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün "Kapital Bank Arena"da səhər məşqinə çıxıb. A milli komandanın heyətində yer alan Məhəmməd Qurbanov və U-21-in düşərgəsində olan 3 futbolçu - Şahradin Məhəmmədəliyev, Tərlan Əhmədli və Cəmil Hacıyev hazırlığa nisbətən gec qoşulacaq. Heyətdə zədəli futbolçu yoxdur. Növbəti tura hazırlıq məqsədi ilə "Sumqayıt" FK "Qəbələ" ilə yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma noyabrın 12-də saat 14:00-da "Kapital Bank Arena"da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə