Arif Əsədov: "Oyundan qabaq futbolçularıma tapşırıq vermişdim"

Arif Əsədov: "Oyundan qabaq futbolçularıma tapşırıq vermişdim"

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 10-cu turunda "Neftçi" səfərdə "Bakı"nı 3:1 hesabı ilə məğlub edib. SİA-nın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Arif Əsədov qələbəni belə şərh edib: "Oyundan qabaq futbolçularıma tapşırmışdım ki, hər bir komandaya ciddi yanaşsınlar. Bundan öncəki turda AZAL meydançaya rahat çıxmışdı. Bundan istifadə edən "Bakı" qələbə qazanmışdı. Odur ki, oyunda diqqətli olmalı idik. 3:1 hesabı ilə qələbə qazansaq da, oyun çətin keçdi. Buna baxmayaraq, 3 xal qazana bildik. Oyunçularımı, azarkeşləri təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə