Zaqatala səfərindən sonra "Araz-Naxçıvan" PFK-nın daxili iclası keçirilib və komandanın son turlar üzləşdiyi məğlubiyyətlərin səbəbləri müzakirə olunub. SİA-nın məlumatına görə, yekun qərara əsasən, bəzi futbolçularla komanda qarşılıqlı razılaşma əsasında yollarını ayırıb. Belə ki, Elgiz Kərəmli, Qərib İbrahimov, Elnur Abdulov, Kamil Nurəhmədov və Ruslan Zubkov komandanı tərk edən oyunçular olub.
Klub rəsmi saytı vasitəsilə bildirib ki, mətbuatda bu futbolçular haqda yazılan məlumatların heç biri həqiqəti əks etdirmir: "Bu futbolçuların hər biri "Araz-Naxçıvan" PFK-nın qazandığı uğurda, eyni zamanda məğlub durumunda bir arada olublar. Odur ki, komandamız heç bir futbolçunu qovmayıb, sadəcə onlarla söhbət zamanı vəziyyətə aydınlıq gətirilib və qarşılıqlı razılaşma əsasında müqavilələri ləğv edilib. Gedən futbolçuların boşluğu isə əvəzedici heyətdən gələn oyunçularla doldurulub. Yaxın zamanda komandamız heyətinə bir neçə yeni futbolçu da dəvət edəcək. "Araz-Naxçıvan" PFK olaraq, komandanı tərk edən hər bir futbolçumuza gələcək karyeralarında uğurlar arzulayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB