Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutacaq "Dnepr" - "Qarabağ" oyunu öncəsi mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və Namiq Yusifov oyun barədə fikirlərini bildiriblər.
Qurban Qurbanov: "Bizi çətin oyun gözləyir. Rəqibimiz həqiqətən yaxşı oyun sərgiləyir. Zədəli futbolçularımız olsa da, bunu düşünməli deyilik. Oyuna maksimum dərəcədə diqqətli hazırlaşmalıyıq. Rəqibin heyətində çox yüksək texnikalı futbolçular var. Kiyevə oyuna 1 gün qalmış gəlməyimizə xüsusi səbəb axtarmaq lazım deyil. Bu, vəziyyətdən asılı olaraq dəyişir və normal haldır. Bilirik ki, "Dnepr" də bu oyuna qələbə üçün çıxacaq. Amma biz də əlimizdən gələni edib, baxımlı futbol sərgiləyərək Bakıya uğurlu nəticə ilə dönməyə çalışacağıq".
Namiq Yusifov: "Həqiqətən də rəqibimiz güclü oyun sərgiləyir, zənnimcə azarkeşlər sürətli və baxımlı oyunun şahidi olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB