"Qələbə qazandığımız üçün sevinirik. Bu oyunda qələbə bizim üçün vacib idi". SİA-nın məlumatına görə, bu sözləri MOİK-in baş məşqçisi Namiq Adilov Azərbaycan Kubokunun 1/16 final mərhələsində "Lokomotiv"lə oyundan sonra açıqlamasında deyib. O, qələbənin komandada motivasiyanı artıracağını bildirib: "Çempionatda ardıcıl oyunlarda xallar itirdik. Amma kubokda yaxşı çıxış edib, mərhələ adladıq. Bu qələbə bizdə motivasiyanı artıracaq. Oyuna gəldikdə, çətin qarşılaşma oldu. Bu oyunun taleyini 1 qol həll edəcəkdi. Həmin qolu da biz vurduq.
Kubokda "Qarabağ"la qarşılaşacağıq. Biz bu oyunda mübarizə aparmağa çalışacağıq. Lakin bizim üçün əsas olan çempionatda mümkün qədər irəli getməkdir. Kubok ikinci plandadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB