Oğuz Çetin: "Bizim hədəflərimiz böyükdür"

Oğuz Çetin: "Bizim hədəflərimiz böyükdür"

Topaz Premyer Liqasının 8-ci turunun son oyununda "Bakı"nı qəbul edən "Xəzər Lənkəran" 4:0 hesablı qələbə qazanıb. SİA-nın məlumatına görə, oyundan sonra hər iki klubun baş məşqçisi qarşılaşma barədə fikirlərini bildiriblər:

İbrahim Uzunca, "Bakı" klubunun baş məşqçisi: "Biz yaxşı oyun göstərmək arzusunda idik. İlk penaltidən sonra komandanın oyununda eniş oldu. İkinci hissədə isə toparlandıq. Əgər ilk penalti olmasaydı, hesab arasında fərq bu qədər böyük olmazdı. Bu gün bizim rəqibimiz "Xəzər Lənkəran" deyildi. Düşünürəm ki, "Xəzər Lənkəran"ın belə penaltilərə ehtiyacı yoxdur. Mən futbolçularımın mübarizəsindən razıyam".

Oğuz Çetin, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Son iki həftədə xallar qazanmışdıq. Bunu davam etdirmək lazım idi. Çünki ilk həftələrdə xallar itirmişdik. "Bakı" ilə oyunda yaxşı oyun sərgiləyib, üç xal qazandıq. Bizim hədəflərimiz böyükdür. Qarşıda bizi "Qarabağ"la çətin oyun gözləyir. Bu oyunu unutmalıyıq və qarşıdakı oyuna hazırlaşmalıyıq. "Bakı"nın hədəfləri böyük olmasa da, arzusu böyükdür. Sevindirici haldır ki, qələbə qazandıq".

Bütün xəbərlər Facebook səhifəmizdə