"Bu qarşılaşma bizim üçün vacib idi. Qələbə qazanmaq üçün meydançaya çıxmışdıq". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının VIII turunda keçirilən "Qarabağ" - "Qəbələ" (2:0) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov deyib. O, komandasının oyunundan tam razı qalmadığını bildirib: "Komandamın oyunundan tam razı qala bilmәrәm. Bәzi problemlәr hiss olunurdu. Bunları aradan qaldırmağa çalışacağıq. Hakimlərə məsləhətim odu ki, əmin olmadıqları penaltini verməsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB