“Xəzər-Lənkəran” klubu ilə “Azerfon” şirkəti arasında müqavilə imzalanıb

“Xəzər-Lənkəran” klubu ilə “Azerfon” şirkəti arasında müqavilə imzalanıb

"Xəzər-Lənkəran" futbol klubu və "Nar Mobile" ticarət nişanı ilə fəaliyyət göstərən "Azerfon" şirkəti arasında iki illik korporativ tərəfdaşlıq müqaviləsi imzalanıb. Klubdan bildiriblər ki, razılaşmaya əsasən, tərəflər öz üzərilərinə qarşılıqlı korporativ xidmət öhdəliyi götürüblər. Eyni zamanda, tərəflər arasında ayrıca sponsorluq müqaviləsi də imzalanıb ki, bu müqavilə də "Azerfon" şirkətinin "Xəzər-Lənkəran"ın iştirakı ilə keçirilən bütün yarış və tədbirlərdə klubun rəsmi tərəfdaşı olacağını təsdiq edir.

"Azerfon" şirkətinin baş icraçı direktoru Kent Maknili "Xəzər-Lənkəran"ın fəaliyyətini yüksək qiymətləndirib. Son illər "Nar Mobile" mobil operatorunun nəzərəçarpacaq uğurlara imza atdiğını xüsusi qeyd edən şirkət rəhbəri, Azərbaycanın biznes mühitində öz yeri və çəkisi olan ən iri holdinq və şirkətlərin artıq "Azerfon" ilə əməkdaşlığa başlamalarının bunun əyani sübutu olduğunu bildirib.

"Xəzər-Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov isə deyib ki, sözügedən müqavilələrin imzalanması ilə tərəflər arasında uğurlu əməkdaşlığın təməli qoyulub. "Azerfon" şirkəti və "Xəzər-Lənkəran" arasında sponsorluq müqaviləsinin önəmliliyi xüsusi qeyd edilərək bildirilib ki, ölkənin ən böyük azarkeş kütləsinə malik klubu ilə "Nar Mobile" mobil operatoru arasında əməkdaşlıq hər iki tərəf üçün məhsuldar və səmərəli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə