Sergey Karyakin: "Azərbaycanda keçirilən hər bir şahmat turniri xoş xatirələrlə yaddaşımdadır"

Sergey Karyakin: "Azərbaycanda keçirilən hər bir şahmat turniri xoş xatirələrlə yaddaşımdadır"

"Çox maraqlı açılış mərasimi oldu. Orada Azərbaycan şahmatının uğurları barədə danışıldı. Əminəm ki, Qran-pri yüksək səviyyədə keçiriləcək". SİA-nın məlumatına görə, bu sözləri Rusiya təmsilçisi Sergey Karyakin Bakıda start götürən şahmat üzrə Qran-pri barədə danışarkən deyib.

O, yarışın maraqlı keçəcəyini bildirib: "Azərbaycanda keçirilən hər bir şahmat turniri xoş xatirələrlə yaddaşımdadır. 11 turda bizi maraqlı oyunlar gözləyir. İlk turun maraqlı duellərindən biri Rəcəbovla Məmmədyarov arasında olacaq. Fikrimcə, onlar bərabər səviyyədə şahmatçılardır. Hər ikisi dünyanın ən güclüləri sırasındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə