Voleybolçularımız “Georgia Open EEVZA Final Tour - 2014”də yarışacaqlar

Voleybolçularımız “Georgia Open EEVZA Final Tour - 2014”də yarışacaqlar

Oktyabrın 2-dən 5-dək Gürcüstanın Batumi şəhərində çimərlik voleybolu üzrə "Georgia Open EEVZA Final Tour - 2014" turnirini keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə Azərbaycanın qadın və kişilərdən ibarət komandaları mübarizə aparacaqlar.

Qadınların yarışında ölkəmizi Vivian Danielle Da Canceicao Cunha - Zinaida Liubymova və Ferreira Raquel Goncalves - Yuliya Kərimova cütlükləri təmsil edəcəklər.

Kişilərin mübarizəsində Santos Merces Meilton Moises – Yaroslav Rudix və Romano Bernardo Vermelinger – Leonid Qritsai cütlükləri birincilik uğrunda mübarizə aparacaqlar.
Voleybolçularımız sentyabrın 30-da Gürcüstana yola düşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə