İdman yarışları ilə bağlı Avropa Konvensiyası imzalanıb FOTOLAR

17 sentyabr tarixdə İsveçrənin Makolin şəhərində öz işinə başlamış Avropa Şurasının idmana məsul nazirlərinin 13-cü Konfransı yekunlaşdırıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycanı bu konfransda gənclər və idman naziri Azad Rəhimov təmsil edib. Qeyd edək ki, konfransın aşılış günü İsvecrənin müdafiə, mülkü müdafiə və idman naziri Ueli Maurer sədr, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə sədr müavini seçiliblər.

Konfrans ölkəmizin 31 oktyabr tarixinədək davam edəcək Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə baş tutur. Bu səbəblə tədbirin açılış sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində Azad Rəhimov çıxış edib. Çıxışı zamanı nazir Azad Rəhimov Azərbaycanın daim bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyini etdiyini və 2015-ci ildə ilk dəfə olaraq Avropa oyunlarının ölkəmizdə keçiriləcəyini qeyd edib. Nazir hər bir idman yarışında tamaşaçı zorakılığının, idmanda korrupsiya hallarının qarşısının alınmasının çox önəmli olduğunu qeyd edib və Azərbaycanın daim bu sahədə Avropa Şurası ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Konfrans zamanı "İdmanın idarə olunmasında korrupsiya", "Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq", "2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu", "Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı" adlı qətnamələrin qəbul edilib.

Tədbir zamanı "İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiya"sı imzalanmağa açıq elan edilib. Azərbaycan konfransda iştirak edən ölkələr arasında konvensiyaya ilmza atan ilk ölkə olub. İmzalanma mərasimində Avropa Şurasının Baş Katibi T. Yaqland da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...