AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda "Neftçi" PFK-nın futbolçusu Elvin Yunuszadə barədə müraciətə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:
1. AFFA-nın İntizam Komitəsinin "Neftçi" PFK-nın futbolçusu Elvin Yunuszadə barədə çıxardığı 20.05.2014-cü il tarixli qərar qismən dəyişdirilsin. Futbolçu Elvin Yunuszadə intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Elvin Yunuszadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB